"Vaqner"in 170-dən çox keçmiş döyüşçüsü "Əhməd" xüsusi təyinatlılarında xidmətə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.
"Vaqner"in keçmiş döyüşçüləri "Əhməd" elit xüsusi təyinatlılarına qoşulur. Bölməmizin sıralarında xidmətini davam etdirmək arzusunu bildirən növbəti qrupda həm Donbas, Ukrayna ərazisində, həm də digər qaynar nöqtələrdə döyüş əməliyyatlarında böyük təcrübəyə malik 170-dən çox əsgər var",- o bildirib.