İsrail Xarici İşlər Nazirliyi Rusiyanın Yəhudi Dövlətindəki səfiri Anatoli Viktorovu HƏMAS terror təşkilatının nümayəndələrinin Moskvaya səfəri və onların Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşü ilə əlaqədar səfirliyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə “Vesti Israel” məlumat yayıb.
"İsrail Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq ona etiraz edib", - KİV yazıb.
Viktorova izah edilib ki, İsrail Rusiyanın hələ də HƏMAS-ı qınamamasını ciddi şəkildə düşünür.
Gülayə Mecid