Ukrayna hakimiyyəti Mixail Saakaşvilinin yenidən Gürcüstan prezidenti postunu tutmasını istəyir.
"Unikal" xəbər verir ki, bu fikri hakim “Gürcü arzusu” partiyasından olan deputat Mixail Sarjveladze deyib.
Onun sözlərinə görə, Kiyev Tbilisini Ukrayna və Rusiya arasında münaqişəyə cəlb etmək üçün Saakaşvilini lider yerində görmək istəyir.
"Bu gün Ukrayna hökumətindəki siyasi qüvvə çox böyük təsirə malikdir və onlar Mixail Saakaşvilini Gürcüstanda hakimiyyətdə görmək istəyirlər. Çünki o, hakimiyyətə gələn kimi müharibəyə başlayacaq".
Deputat vurğulayıb ki, Kiyev dəfələrlə Tbilisini Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıb.
Saakaşvilini Ukrayna ilə birləşdirən nədir?
Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Daha sonra, 2015-ci ildən 2016-cı ilə qədər siyasətçi o zamanlar Petro Poroşenkonun dövründə Ukrayna prezidentinin müşaviri vəzifəsində çalışıb. Eyni zamanda Saakaşvili Odessa Vilayət Dövlət Administrasiyasının sədri olub. O, 2016-cı ilin noyabrında hər iki vəzifəni tərk edib. Dörd il sonra, Volodimir Zelenskinin dövründə - 2020-ci ilin mayında - siyasətçi Ukrayna Milli İslahat Şurasının icraiyyə komitəsinin rəhbəri olub.
Daha sonra Ukraynada inqilabi məhkəmə islahatları konsepsiyasının hazırlanması Saakaşviliyə həvalə edilib. O, bu məsələ üzərində Yeddilik Qrupu (G7) ölkələrinin və Aİ-nin səfirləri ilə işləyib. 2021-ci il sentyabrın 29-da siyasətçi qanunsuz olaraq Gürcüstana gəlib və ona qarşı bir neçə cinayət işi açılıb. Tezliklə o, saxlanılıb.
Hazırda Saakaşvili Gürcüstan həbsxanasında iki cinayət işi üzrə cəza çəkir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və siyasi opponentlərin ləğvini təşkil etmə maddəsi ilə ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum edilib. Siyasətçi təqsirini boynuna almayıb. Həbsxanada olarkən aclıq aksiyasına başlayıb.
Gülayə Mecid