"Buradan dünyaya bəyan edirəm. Heç bir imperialist güc Türkiyə Cümhuriyyətinin məsud, uğurlu və qalib olmasına mane ola bilməz”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib.
"Əziz millətim, dəyərli qonaqlar, sizi ən səmimi hisslərim, hörmət və məhəbbətimlə salamlayıram. Bir daha ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan xalqımızı 29 Oktyabr Respublika Günü münasibətilə təbrik edirəm. Dünyanın hər yerində sevincimizə şərik olan qardaşlarımıza və bacılarımıza təşəkkür edirəm. 29 oktyabr 1923-cü ildə elan etdiyimiz Cümhuriyyət birinci əsrini başa vurur və türk əsri dediyimiz ikinci əsrə qədəm qoyur. Şöhrətlə qeyd etdiyimiz Cümhuriyyətimiz yaşasın, şərəf və sevinc, ölkəmizə və millətimizə xeyirli olsun".