Böyük Britaniyanın peşəkar xokkey klubu “Nottingem Panthers” və “Şeffild Stilers” arasında keçirilən “Challenge Cup” matçında dəhşətli hadisə baş verib.
"Unikal" xəbər verir ki, matçın 35-ci dəqiqəsində rəqibinin müdaxiləsi ilə yerə yıxılan 29 yaşlı Adam Conson həyatını itirib.
Belə ki, rəqib xokkeyçinin konkisi Consonun boğazına zərbə ilə dəyib.Müdaxilələrə baxmayaraq, Conson boynundan aldığı konki zədəsi səbəbindən dünyasını dəyişib.
Baş verənləri "dəhşətli qəza" olaraq xarakterizə edən "Nottingham Panthers Club" xokkeyçinin ailəsinə, dostlarına və sevənlərinə başsağlığı verib.