Moskvada polis sərxoş halda şəhərdə avtomobil idarə edən "qanuni oğru"nu saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
""Qanuni oğru" Levan Buliskeria sürücülük vəsiqəsindən məhrum edilib. Saxlanılan şəxsdə spirtli sərxoşluq əlamətləri aşkarlanıb", - KİV qeyd edib.
Qeyd edək ki, Levan böyük miqdarda narkotik daşıdığına görə cəza çəkib və hallüsinasiyalara görə psixiatriya xəstəxanasında müalicə olunub.
Gülayə Mecid