Rusiyanın Buryatiya Respublikasında Baykal gölünün sularında zəlzələ baş verib.

"Unikal"ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Hujir qəsəbəsindən 40 km aralıda yerləşib.

Episentrdə intensivlik 5,6 bal təşkil edib. İrkutsk vilayətinin və Buryatiya Respublikasının yaşayış məntəqələrində 2-3 bal gücündə təkanlar qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.