Qubanın Birinci Nügədi kəndində 15 yaşlı yeniyetmə dəm qazından boğulub.

"Unikal" xəbər verir ki, Siyəzən rayon sakini Əskərova Gülbacı Gülağa qızı ailəsi ilə birlikdə kirayədə yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb.

Əsgərovlar ailəsi Qubaya iki gün əvvəl işləmək üçün gəlib.

Faktla bağlı araşdırma aparılır.

*** 09:16

Qubada 15 yaşlı qız dəm qazından boğularaq ölüb.

"Unikal" xəbər verir ki, Birinci Nügədi kəndində yaşayan, 2008-ci il təvəllüdlü Gülbacı Əsgərova evin hamam otağında dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır.