Oktyabrın 29-na planlaşdırılan "Marsel" – "Lion" oyunundan əvvəl meydan sahiblərinin azarkeşləri qonaqların avtobusuna hücum ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın gündəlik "Ekip" qəzeti yazıb. 

Hücum nəticəsində "Lion" komandasının məşqçiləri və futbolçuları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha çox baş məşqçi Fabio Qrosso zədələnib. Belə ki, avtobusun qırılmış şüşəsi onun üzərinə aşıb. İtaliyalı mütəxəssisə stadionda ilkin tibbi yardım göstərilib, həkimlər onu xəstəxanaya yerləşdirməyiblər. 

"Marsel" - "Lion" oyunu təxirə salınıb.

Ağarza Elçinoğlu