“A seriyası matçı bazar ertəsi deyil, bazar günü keçirməklə bizə daha bir "hədiyyə" verdi. Buraya yarı heyət ilə gəldik".
"Unikal" xəbər verir ki, bunu “Roma”nın baş məşqçisi Joze Mourinyo A seriyasının 10-cu turunda “İnter”ə məğlub olduqları matçı (0:1) şərh edərkən deyib.
"Təəssüf edirəm ki, futbolçulara hörmət yoxdur. Hamı elə hiss edirdi ki, rəqibin stadionunda keçirilən qarşılaşma heç-heçə bitəcək. Komanda bütün çətinliklərin öhdəsindən sakitcə gəldi. Kədərlənirəm, çünki biz daha çox şeyə layiq idik”, - deyə Mourinyo bildirib.