Müharibə başlayandan bəri İsrail Müdafiə Ordusunun 312 hərbçisi ölüb, 239 hərbçi isə girov götürülüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun briqada generalı Daniel Xaqari bildirib.

O, girov götürülənlərin qaytarılmasını başlıca missiya saydıqlarını vurğulayıb.

D.Xaqari Qəzza zolağında quru əməliyyatlarının miqyasını genişləndirəcəklərini də açıqlayıb.

Bundan başqa, “France press”in məlumatına görə, artıq İsrail Silahlı Qüvvələrinə məxsus tanklar Qəzza şəhər ətrafında görünüb. Bildirilib ki, zirehli texnika Qəzza zolağının şimal hissəsini cənubla birləşdirən yolu kəsib.