Separatçıların sonuncu lideri Samvel Şahramanyan Qarabağdan necə çıxdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, Ermənistanın ictimai televiziyasına müsahibəsində bildirib. 

Şahramanyan jurnalistin məsələ ilə bağlı sualına belə cavab verib: "Azərbaycan tərəfi seçici yanaşma nümayiş etdirdi. Bəzi indiki liderlər getdi, keçmiş liderlər həbs olundu. Mən o suala cavab verə bilmərəm ki, niyə Azərbaycan tərəfi belə bir qərar verib. 

Məni helikopterlə apardılar. Mən, müdafiə naziri və iki təhlükəsizlik əməkdaşı helikopterlə Sisiyana getdik".

Ağarza Elçinoğlu