Mahaçqala hava limanındakı dağıdıcı aksiyada əsas rolu hadisələrə operativ reaksiya verən Kiyev rejimi oynayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

Siyasətçinin sözlərinə görə, Kiyev rejimi orada məskunlaşan bədnam rusofobların əli ilə hərəkət edib: "Volodimir Zelenskinin nəşrləri, eləcə də onların məzmunu birbaşa sübutdur ki, Kiyev xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən informasiya təxribatları əlaqələndirilmiş xarakter daşıyır. İlya Ponomarev Rusiya Federasiyasına zərər vurmaq arzusunu dəfələrlə açıq şəkildə bəyan etmişdi".

Ağarza Elçinoğlu