İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales üç il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə qurumun saytında məlumat dərc olunub.
Açıqlamaya görə, məmur bu cəzanı Beynəlxalq Futbol Federasiyasından (FİFA) 2023-cü il dünya çempionatında İspaniya millisinin futbolçusunu öpdüyünə görə alıb.
Luis Rubialesin apellyasiya şikayəti vermək hüququ var.
Ağarza Elçinoğlu