Moldova öz ərazisində bir sıra rus saytlarına girişi bloklayıb. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin xüsusi xidmət orqanı olan "İnformasiya və Təhlükəsizlik Departamenti" açıqlayıb. 

Bloklanan saytlar arasında Rusiyanın iki böyük xəbər agentliyinin - TASS və "İnterfaks"ın səhifələri, həmçinin "Sputnik" radiostansiyasının və rəsmi "Rossiyskaya qazeta" qəzetinin səhifələri var: "Ümumilikdə 31 sayt bloklanıb, onlardan 21-i birbaşa Rusiyadan idarə olunur". 

Bundan əlavə, ölkənin xüsusi xidmət orqanlarının əmri ilə altı yerli televiziyanın lisenziyası "xarici maraqlara xidmət etdiyi və Moldovanın informasiya təhlükəsizliyini təhdid etdiyi" səbəbilə ləğv edilib.

Ağarza Elçinoğlu