Qəzza zolağının əhalisi üçün humanitar yardım daşıyan 60 maşından ibarət karvan Misirlə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsinə daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Əl-Qahira əl-Əxbariyyə" telekanalı məlumat yayıb. 

Məlumata görə, gün ərzində Fələstin Qızıl Aypara Cəmiyyətinin sifarişi ilə hazırlanmış külli miqdarda dərman və tibbi ləvazimatla birlikdə ümumilikdə 47 avtomobil nəzarət-buraxılış məntəqəsindən keçib.

Qəzza zolağının "Rəfah" keçid məntəqəsi ilə əhatə olunmuş cənub bölgələrinə göndərilən humanitar yardıma əsasən dərman və tibbi ləvazimatlar, həmçinin qida, su, çadırlar və şəxsi gigiyena vasitələri daxildir. Qəzza zolağına heç bir yanacaq daxil olmur. 

Ağarza Elçinoğlu