Bu gün İranın Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Məhəmməd Baqeri Qəzza zolağının altındakı tunellərdən danışıb: 

"Unikal" xəbər verir ki, general tunellərin bir ucunun hasarların və "sionist" qüvvələrin arxasına, digər ucunun Qəzza zolağına çıxdığını deyib.

“Qəzzanın şimal hissəsində fələstinli döyüşçülər xəbər verir ki, onlar 400 kilometrdən çox uzunluğu olan tunel tikiblər. Oradan bəzən avtomobillər və motosikletlər keçir. Tunellərin bir ucu hasarların və "sionist" qüvvələrin arxasında, digər ucu isə Qəzza zolağına gedib çıxır”.