Ermənistanın Rusiya Federasiyasındakı keçmiş səfiri Armen Smbatyanın əvvəllər həbs olunmuş oğlu , Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyana bəraət verilib.

"Unikal" xəbər verir ki, bu barədə Vəkil Yervand Varosyan bildirib.

Vəkilin sözlərinə görə, prokurorun qərarı ilə Smbatyana qarşı cinayət təqibi dayandırılıb. Ona ittiham olunan əməli törətmədiyi əsas götürülüb.

Bundan əvvəl dələduzluqda ittiham olunan və həbsdə olan Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan 260 min dollar məbləğində girov müqabilində azadlığa buraxılıb .

Onunla birlikdə Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru olan oğlu Sergey Smbatyan da həbs edilib. Ata və oğul İrəvanda torpaq sövdələşməsində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində külli miqdarda dələduzluqda ittiham olunurlar  .

İstintaqın məlumatına görə, dövlətə 2,5 milyon dollar məbləğində ziyan dəyib.Daha sonra Sergey Smbatyan ev dustaqlığına keçirilib. Baş prokurorun müşaviri Lusine Martirosyan bildirib ki, Armen Smbatyana 100 milyon dram (təxminən 260 min dollar) məbləğində girov, habelə alternativ birləşmiş qabaqlayıcı tədbir kimi getməmək barədə tanınıb.