Ukrayna Ali Radasının keçmiş deputatı Yevgeni Murayev Rusiyanın əvvəllər barəsində xüsusi iqtisadi sanksiyalar tətbiq etdiyi şəxslər siyahısından çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.
Qeyd edək ki, söhbət 2018-ci ildə Rusiyanın bəzi fiziki və hüquqi şəxsləri ilə bağlı Kiyevin əvvəllər müəyyən etdiyi məhdudiyyətlərə qarşı tədbir kimi Rusiyanın sanksiyalar tətbiq etdiyi Ukrayna vətəndaşlarının siyahısından gedir.
Nuranə Abbasova