İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr hücumlarında HƏMAS-ın təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran sosial media paylaşımına görə reaksiyaların hədəfinə çevrilib.
"Unikal" xəbər verir ki, Netanyahu əvvəlcə paylaşımını silib, sonra üzr istəyib.
“İsrail vətəndaşları, 7 oktyabr tariximizdə qara gün oldu. Qəzza ətrafında cənub sərhədində baş verənlərin dibinə varacağıq. Bu fiasko araşdırılacaq. Mən də daxil olmaqla, hamı cavab verməli olacaq”.
Dünyanı maraqlandıran sual İsrail kəşfiyyatı və ordusunun HƏMAS-ın 7 oktyabr hücumunun qarşısını necə ala bilməməsi idi.İsrailin baş naziri Benyamin Netanyahu, "heç bir şəkildə və heç bir şəraitdə xəbərdarlıq edilmədiyini" paylaşımında bildirdi. O, məsuliyyəti İsrail ordusunun Daxili Kəşfiyyat Təşkilatı, Şin Betin və Təhlükəsizlik Şurasının üzərinə atıb. Netanyahu “Əksinə, İsrail ordusu və Şin Bet HƏMAS-ın qorxudulduğunu və sakitliyin əldə edildiyini qiymətləndirib” deyə iddia edib.
Netanyahunun bu postu onun hazırkı və keçmiş müttəfiqlərinin, o cümlədən keçmiş müdafiə naziri və Müharibə Kabinetini formalaşdırdığı Benni Qantsın reaksiyasına səbəb olub.
Gantz, Netanyahunun sözlərini geri alması lazım olduğunu deyərək "Biz müharibədə olduğumuz zaman liderlər məsuliyyət nümayiş etdirməli, düzgün işlər görməyə qərar verməli və onlardan tələb etdiyimizi yerinə yetirə bilmələri üçün qüvvələrimizi gücləndirməlidir" -söyləyib.
“Qırmızı xətti keçdi” kimi şərh edilən İsrail baş naziri üzr istəyib və bir müddət sonra paylaşımını silib. Sosial media platformasında ikinci yazısında yazıb.
Baş Qərargah rəisini və ön cəbhədə olan, ölkə uğrunda döyüşən İsrail ordusunun komandirlərini və əsgərlərini dəstəkləyirəm. “Birlikdə qalib gələcəyik” deyə o, bildirib.