İsrailin xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea həftə sonu Qətərə səfər edərək 235- dən çox İsrail və əcnəbi vətəndaşın Qəzzadan azad edilməsinə dair vasitəçiliyi müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Barnea ötən həftəsonu Qətərə səfər edib, o, ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşüb və onlarla Qəzza zolağından girovların azad edilməsi səylərini müzakirə edib.
Qətər hazırda girovların azad edilməsi məsələsində İsrail və Həmas arasında əsas vasitəçidir .
Bundan əvvəl Fələstinin radikal HƏMAS hərəkatı yaraqlıların dediyinə görə əsir saxladıqları İsrail vətəndaşı olan üç qadının videosunu dərc edib. Görüntülərdə girovlardan biri İsrailin baş naziri Binyamin Netanyahuya müraciət edir .