İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında istefasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
"Unikal" xəbər verir ki, bu suala cavab verən İsrail Nazirlər Kabinetinin rəhbəri bildirib ki, onun indi məqsədi Fələstinin Həmas qruplaşması ilə müharibədir.
Bundan əvvəl “The Wall Street Journal” mənbəyə istinadən yazıb ki, HƏMAS və İsrail arasında münaqişənin sonu Netanyahunun siyasi karyerasının sonu olacaq. Nəşrin məlumatına görə, böyük ehtimalla o, “Likud” partiyasının rəhbəri postunu tərk edərək baş nazir postundan istefa verəcək .