"Qalatasaray"ın ulduzu İkardinin həyat yoldaşı və meneceri Vanda Nara leykoz xəstəsi olduğunu açıqlayıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Nara xəstəliyi ilə bağlı ilk dəfə danışıb.
Əvvəlcə xəstəliyini qəbul edə bilmədiyini deyən Nara, "Mən leykoz xəstəsiyəm. Əvvəl "nəsə var" dedim, sonra onu xəstəlik adlandırmağı bacardım. İndi isə dəqiq adını qoydum" söyləyib.
"Hər həftə həkimim doktor Migel Pavlovskiyə analizlərimi göndərirəm. Mən də xəstəliyin gedişatına görə dəyişən müalicə alıram. Hər həftə həkim müayinəsinə getdiyim zaman nəfəsim kəsilir. Bu, həssas məsələdir, onun özəl qalmasına üstünlük verərdim, amma başa düşürəm, Lanata jurnalistdir və o bu məlumatı yaymalı idi", - deyə futbolçunun xanımı bildirib.
Nuranə Abbasova