Dağıstanda baş vermiş iğtişaşlardan sonra 83 nəfər saxlanılıb, ən fəal iştirakçıların axtarışı davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 50-dən çox axtarış aparılıb, Mahaçqala hava limanında törədilən iğtişaşlarda iştiraka dair video sübutlarla birlikdə avadanlıq və telefonlar götürülüb.
Qurum rəsmisinin sözlərinə görə, hazırda Mahaçqalada əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır.
Nuranə Abbasova