İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər və Türkiyəyə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bəkri məlumat verib.
Onun sözlərinə görə, İran XİN rəhbərinin Qətər və Türkiyədəki görüşləri və müzakirələri Fələstindəki son hadisələrə həsr olunacaq.
“Qətərə səfərindən dərhal sonra (31 oktyabr - Qeyd) Abdullahiyan Türkiyəyə gedəcəyi, orada ölkə rəsmiləri ilə görüşəcəyi və Fələstindəki vəziyyəti müzakirə edəcəyi planlaşdırılır”.