Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya-Ukrayna müharibəsinin Almaniya üçün dönüş nöqtəsi olduğunu və alman cəmiyyəti və silahlı qüvvələrinin Avropada mümkün müharibəyə hazır olması lazım olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə ZDF televiziyasına açıqlama verib.
Bu müharibənin siyasətdə və cəmiyyətdə “zehniyyət dəyişikliyi” gətirməli olduğunu bildirən Pistorius, “Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq və bu, müharibəyə hazır olmalıyıq",- deyə vurğulayıb.
Pistorus əlavə edib ki, Almaniya müdafiə xərclərini artırmalı və silahlı qüvvələrini yeni təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilməsi üçün modernləşdirməlidir.
Gülayə Mecid