Rusiya ən güclü silahlı qüvvələri olan ölkələr siyahısında birinci yeri tutub.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “US News & World Report” jurnalı araşdırma aparıb.
Nəşrin məlumatına görə, ölkələrin ordularının gücü qlobal sorğuda iştirak edənlərin rəyləri əsasında qiymətləndirilib.
Ən güclü orduya malik ölkələrin reytinqində ABŞ ikinci, Çin isə üçüncü yeri tutub. Reytinqdə İsrail dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. Ukrayna reytinqdə altıncı yeri tutub.
Ən güclü silahlı qüvvələrə malik 10 ölkə arasında İran, Böyük Britaniya, Almaniya və Türkiyə də var.
Reytinq martın 17-dən iyunun 12-dək dünya üzrə 17 min respondent arasında keçirilən sorğu əsasında tərtib edilib. Qeyd olunur ki, 73 ölkənin atributları müəyyən edilib - bu, ölkəni təsvir etmək üçün istifadə oluna bilən və müasir dövlətin uğurlarına da aid olan terminlərdir. Respondentlər sorğunun təşkilatçıları tərəfindən təklif olunan atributun müəyyən dövlətlə əlaqələndirilib-əlaqələndirilmədiyini qiymətləndiriblər.
Gülayə Mecid