Rusiya işğal olunmuş Luqansk vilayətindəki hərbi əsirləri orduya cəlb edir.
"Unikal" xəbər verir ki, bu barədə Luqansk administrasiyasının rəhbəri Artem Lisoqor "Telegram" kanalında yazıb.
"Onları Ukraynanın hüquq-mühafizə orqanlarına qarşı inciklik hissləri ilə manipulyasiya edərək Rusiya ordusu sıralarına cəlb edirlər", - deyə qeyd olunub.
Lisoqorun sözlərinə görə, imtina edildiyi təqdirdə həbsxana rəhbərliyi məhbuslarla daha pis rəftar edir.
Ağarza Elçinoğlu