Dünyanın ən yaxşı komandasında oynayanda fərdi mükafatlar almaq imkanları daha çox olur. 

"Unikal" xəbər verir ki, bunu dünən 8-ci dəfə "Qızıl top" mükafatını alan "İnter Mayami" komandasının 36 yaşlı hücumçusu Lionel Messi deyib. 

Argentina millisinin futbolçusu deyib: "Əlbəttə, dünyanın ən yaxşı komandasında oynayanda, xüsusən də tarixin ən yaxşı komandasında komanda və fərdi mükafatlar almaq imkanları daha çox olur. "Barselona" dünyanın ən yaxşı klubudur, xüsusi və digərlərindən fərqlidir.

Təbii ki, "Barselona"nı izləyirəm və izləməyə də davam edəcəm. Mən o klubu sevirəm və ömrümün sonuna qədər də sevəcəm". 

Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib.

Ağarza Elçinoğlu