AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə 3 klubu cərimələyib.
"Unikal" xəbər verir ki, “Sumqayıt” 1800 manat ziyana düşüb.
Təcili tibbi yardım avtomobili “Qəbələ” ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub.
“Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın 6 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” da eyni məbləğdə cərimə ödəyəcək.