"Microsoft"un həmtəsisçisi Bill Qeytsin keçmiş köməkçisi Stiv Balmer dünyanın ən varlı adamları siyahısında sürətlə yüksəlir. O, tezliklə xalis sərvətinə görə keçmiş müdirini üstələyə bilər.

"Unikal" xəbər verir ki,  bu barədə CNN məlumat yayıb. 

Məlumata görə, Stiv Balmerin sərvəti bu il təxminən 29 milyard dollar artaraq 115 milyard dollara çatıb. Balmer hazırda "Bloomberg Milyarderlər İndeksi"ndə beşinci yerdədir. Onun keçmiş rəhbəri Geyts 121 milyard dollarla dördüncü yerdədir. Aralarında 6 milyard dollar fərq var. 

Stiv Ballmer 1980-ci ildə Stanford Universitetini tərk etdikdən sonra "Microsoft"un ilk işçilərindən biri olub. O, şirkətdə zamanla Qeytsin şəxsi köməkçisi  deyil, həm də biznes meneceri vəzifəsində çalışıb. 2000-ci ildə "Microsoft"un CEO-su olan Balmerin sərvəti bu il "Microsoft" səhmlərinin artması sayəsində yenidən artıb. Balmer həm də məşhur NBA komandası "Los-Angeles Clippers"in sahibidir.

Bill Gates 1975-ci ildə orta məktəb dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi "Microsoft"u qurub. 

Gülayə Mecid