Filippində iki mərhələdə keçirilən yerli seçkilər zamanı zorakılıq nəticəsində 19 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə Filippin Seçki Komissiyasının sözçüsü Rex Laudiangco məlumat yayıb.

Onun sözlərinə görə, avqustun 28-də və oktyabrın 30-da keçirilən iki mərhələli yerli seçkilərlə bağlı 29 zorakılıq hadisəsi qeydə alınıb. Laudiangco şiddət hadisələrinin çoxunun Banqsamoro Muxtar Bölgəsi və Bicol bölgəsində baş verdiyini və bu hadisələrdə 19 nəfərin həyatını itirdiyini bildirib.

Daha 113 zorakılıq hadisəsinin seçkilərlə bağlı olub-olmadığını müəyyən etmək üçün ölkədə  araşdırma aparılır.

2020-ci ildə keçirilməsi planlaşdırılan yerli seçkilər iki dəfə təxirə salınıb.