UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov qazandığı uğurlarda atasının da pay sahibi olduğunu vurğulayıb.
"Unikal" xəbər verir ki, o, ESPN-ə müsahibəsində Konor Makqreqorla döyüş ərəfəsindəki hadisəni xatırladıb:
"Atam çox güclü idi. Mənə də bu xarakter ondan keçib. Xatırlayıram ki, mənim üçün UFC tarixinin ən böyük döyüşü ərəfəsində çox çətin idi. Mən atasız idim, ABŞ-də... O, mənə zəng edərək: "Bilirsən, almazı necə hazırlayırlar? Ən yüksək təzyiq altında. Ona görə də, təzyiqlə qarşılaşanda ya almaz ola bilərsən, ya da qırıla bilərsən. Yalnız iki variantın var", - dedi.
Qeyd edək ki, Həbibin həm də, məşqçisi olan atası Abdulmanap Nurmaqomedov 2020-ci ildə dünyasını dəyişib.