Paris metrosunda polis müsəlman geyimində olan qadına atəş açıb. 

"Unikal" xəbər verir ki, bu barədə Fransanın BFMTV kanalı məlumat yayıb. 

Məlumata görə, o, başqalarını hədələyib və terroru təbliğ edib: "Bir neçə metro sərnişini qadının asayişi pozması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Qadın polisə tabe olmaqdan imtina edib və özünü partlatmaqla hədələyib. Bu zaman polislər ona atəş açıblar. Qarın nahiyəsindən ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Onun üzərində heç bir partlayıcı tapılmayıb.

Ağarza Elçinoğlu