Dövlət Məşğulluq Agentliyinin (DMA) “Alo Karyera” məlumatlandırma xidməti çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün konsultasiya xidməti göstərilib.

"Unikal" xəbər verir ki, AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən konsultasiya canlı şəkildə, həmçinin fərdi qaydada agentliyin peşəyönümlü məsləhətçiləri Səma Abbaszadə və Sevinc Qaffarova tərəfindən aparılıb. 

Konsultasiya zamanı əvvəlcədən qeydiyyatdan keçmiş 15 tələbənin müraciətləri növbəlilik prinsipi əsasında dəyərləndirilib. Onlara “Düzgün karyera planlaması”, “CV və istək məktubunun hazırlanması”, “İş axtarışı”, “Müsahibəyə hazırlıq” istiqamətlərində müvafiq tövsiyə və məsləhətlər verilib, sulları cavablandırılıb.  

Qeyd edək ki, 2020-ci ildən AzMİU-da Təcrübə və Karyera Mərkəzi fəaliyyət göstərir. Mərkəz AzMİU-nun tələbələri və məzunları ilə bağlı bir sıra aktiv tədbirlər (təlimlər, konsultasiyalar, karyera sərgiləri, uğurlu şəxslərlə motivasiya görüşləri) həyata keçir. Onlara mütəmadi olaraq şəxsi karyeralarını qurmaq, işəgötürənlərlə ilkin əlaqələrə şərait yaradır. 

Bunlardan əlavə, mərkəz tərəfindən müxtəlif təşkilat və müəssisələrlə universitet arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün görüşlər təşkil olunur, bu əlaqələr fəaliyyət planına uyğun olaraq tənzimlənir, tələbə və məzunlar üçün karyera sərgiləri təşkil olunur.