“Qarabağ”ın müraciəti, “Kəpəz” klubunun razılıq məktubu ilə bu komandalar arasında Azərbaycan Premyer Liqasının 2-ci və 3-cü dövrəsində keçiriləcək oyunların yeri dəyişdirilib.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniya “Bayer”inə qarşı oynayacağı IV tur matçında daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.
Bu səbəbdən noyabrın 4-də Gəncədə keçirilməli olan qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. Görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.