Nərimanov rayonu Sabit Rəhman küçəsi - Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bu barədə "Unikal"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski - Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti - Sabit Rəhman küçəsinin kəsişməsinə qədər ikitərəfli yol birtərəfli təşkil edilib.

Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.