"İsrail hakimiyyəti Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməlidir" .

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, yəhudi dövlətinin HƏMAS hücumuna cavabı beynəlxalq hüquq normalarına görə olmalıdır. 

“Həmasın İsrailə qarşı terror hücumlarını pisləyirik. Eyni zamanda, İsrailin reaksiyasının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, mülki insanların həyatının qorunması və humanitar yardımın Qəzzaya çatması vacibdir”, - Stoltenberq deyib.