Böyük Britaniyanın bp şirkəti Elyar Əliyevi 1 noyabr 2023-cü il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezident vəzifəsinə təyin edib. 

"Unikal" xəbər verir ki, Əliyev yeni vəzifəsində Böyük Britaniyaya qayıdan İvon MakAllisteri əvəz edəcək və bp-nin Azərbaycanda hüquq xidmətlərinin rəhbəri təyin edilən ilk azərbaycanlı olacaq.

Elyar Əliyevin neft-qaz sektorunda 23 ildən artıq hüquq təcrübəsi var. O, 2009-cu ildə bp-nin Bakı ofisində işə başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yataqlar blokunda əməliyyatlara dəstək verib. Daha sonra o, bp-nin regional kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman strukturu, Abşeron arxipelaqının dayaz suları və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və həyata keçirilməsi üzrə hüquqi işlərə rəhbərlik edib.