“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 889 - Çağrı Mərkəzinin fəaliyyətə başlaması innovativ yeniliklərin tətbiqi istiqamətində atılmış ən mütərəqqi addımlardandır”.

Bunu "Unikal"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namik Həsənov deyib. O qeyd edib ki, bu addımda məqsəd vətəndaşlara layiqli xidmət göstərilməsi, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, hüquqi maarifləndirmənin yüksək səviyyədə həyata keçirilməsi, şəffaflığın təmin olunmasıdır.

“Çağrı Mərkəzi ilə bağlı məlumat lövhələri bütün cəzaçəkmə müəssisələrində yerləşdirilib. Təqdirəlayiq haldır ki, Çağrı Mərkəzi ilə vətəndaşlarla yanaşı, məhkumların və tutulmuş şəxslərin özləri də məhdudiyyətsiz əlaqə saxlayıb sorğu və şikayətlərini ünvanlaya bilərlər”,- deyə N.Həsənov bildirib.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Çağrı Mərkəzi ötən ay fəaliyyətə başlayıb.