Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı ticarət məhdudiyyətlərini tətbiq etməyi planlaşdırır. Yeni məhdudiyyətlər qaynaq avadanlıqlarının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə oluna bilən digər texnologiyaların ixracına təsir göstərəcək.
"Unikal"
xəbər verir ki, bu məhdudiyyətlərin ümumi həcmi 5,3 milyard dollar qiymətləndirilir. 
İcma proqram təminatı lisenziyalarının və bəzi emal edilmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat məhsulları və almazların idxalını qadağan etməyi də nəzərdən keçirir.
Aİ-nin yeni sanksiyalar siyahısına 100-dən çox fiziki və 40 hüquqi şəxsin də daxil ediləcəyi gözlənilir.