2034 FIFA Dünya Kuboku Səudiyyə Ərəbistanında keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının ( FİFA ) prezidenti Canni İnfantino məlumat verib .

Turnirə ev sahibliyi etmək iddiasında olan yeganə səudiyyəlilər idi. Bundan əvvəl Avstraliyanın 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etməmək qərarına gəldiyi bildirilirib.

İndoneziya və Avstraliya 2034-cü il Dünya Çempionatına ev sahibliyi etmək üçün birgə ərizə verməyi planlaşdırırdılar, lakin sonra İndoneziya turnirə ev sahibliyi etmək üçün növbəti müsabiqədən imtina etdi və Səudiyyə Ərəbistanının təklifini dəstəklədi.

Növbəti iki dünya çempionatının ev sahibləri artıq müəyyənləşib. 2026-cı ildə turnir  ABŞ , Kanada və Meksikada , 2030-cu ildə isə ilk dəfə olaraq altı ölkə - Uruqvay , Paraqvay , Argentina , Mərakeş , Portuqaliya və İspaniyada turnirin oyunlarına ev sahibliyi edəcək .

Qeyd edək ki, sonuncu dünya çempionatına Qətər ev sahibliyi edib. 2022-ci ildə Argentina millisinin futbolçuları dünya çempionu olublar.