Misir Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinin yaxınlığında onlarla tank və zirehli texnika yerləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat dərc edib. 

"Misir Qəzzada İsrail və HƏMAS arasında döyüşlər səbəbindən on minlərlə qaçqının axınından qorxur", - məqalənin müəllifləri izah ediblər.

Sərhədin hələ də bağlı qaldığı bildirilir. Yalnız humanitar yardım aparan yük maşınlarının Qəzzaya daxil olması üçün açılır.

Gülayə Mecid