Türkiyədə son günlər baş verən tələbə intiharlarına diqqət çəkmək üçün bir qrup tələbə Anadolu Universiteti Yunus Əmrə Kampusu qarşısında toplaşaraq etiraz yürüşü təşkil edib. 

"Unikal" xəbər verir ki, təxminən 30 nəfərlik qrup tələbə yataqxanasının yerləşdiyi küçədə etiraz keçiriblər. Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.  Eskişehir Təhlükəsizlik Müdirliyi qrupları küçədə təhlükəsizlik tədbirləri alaraq yolu bağlayıb. Bu zaman tələbələr polisi təhqir edərək barrikadanı aşmaq istəyiblər.

Onlar arasında qarşıdurma yaşanıb. Baş verən davada 5 polis əməkdaşı yaralanıb. Xəsarət alan polislər xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. Hadisə ilə əlaqədər 4 tələbə saxlanılıb. 

Gülayə Mecid