İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə etmək üçün Ankaraya səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

"Xarici işlər naziri Dohanı tərk edərək Ankaraya gəldi. Çərşənbə günü, noyabrın 1-də Abdullahiyan Fələstində baş verən hadisələri və Qəzzada hərbi cinayətlərə və soyqırıma son qoymağın yollarını müzakirə etmək üçün Türkiyədə yüksək səviyyəli rəsmilərlə görüşəcək", - açıqlamada bildirilir.

Ağarza Elçinoğlu