İsrailin Qəzza zolağında Fələstinin ekstremist HƏMAS qruplaşması ilə mübarizəsi ABŞ-də terror təhlükəsinin kəskin artmasına səbəb olub.

"Unikal" CBS news-a istinadən xəbər verir ki,  bunu Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey Daxili Təhlükəsizlik Komitəsinin dinləmələrində deyib.

"Təkcə son həftələrdə çoxsaylı xarici terror təşkilatları amerikalılara və Qərbə qarşı hücumlara çağıran bir sıra bəyanatlar veriblər”, - Rey bildirib.  

Onun sözlərinə görə, il ərzində terror təhlükəsi artıb, lakin Yaxın Şərqdəki müharibə ABŞ-də amerikalılara qarşı hücum riskini tamamilə yeni səviyyəyə qaldırıb.