Biz regionda lider rolunu oynamaq istəyirik. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin ictimai telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, regiondakı problemləri həll etmək niyyəti də məhz lider olma istəklərindən irəli gəlir: "Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləmək səylərimiz buradan qaynaqlanır. 3+3 formatına gəlincə, burada bizim çox aydın mövqemiz var. Rusiya Gürcüstan ərazilərinin işğalını dayandırmayana və Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər bu formatda iştirak etməyəcəyik. Lakin bu, o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik və Gürcüstan, Ermənistan və Azərbaycan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığı təşviq edəcək belə bir atmosfer yaratmaq bizim üçün vacibdir. Əgər bu formatda iştirak edən ölkə ərazi bütövlüyümüzü kobud şəkildə pozursa və ölkəmizin bir hissəsini işğal edirsə, təbii ki, bu formatda iştirak etməyin mənası yoxdur".

Ağarza Elçinoğlu