Rusiya Bolqarıstan hakimiyyətinin "Rossiyskaya qazeta"nın Bolqarıstandakı müxbiri Aleksandr Qatsaka qarşı hərəkətlərinə cavab tədbirləri görəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

Qeyd olunub ki, "Rossiyskaya qazeta"nın Bolqarıstandakı müxbiri Aleksandr Qatsak yerli hakimiyyət orqanları tərəfindən "qara siyahı"ya salınıb. Onun akkreditasiyası ləğv edilib və ona ekstradisiyasının gözlənildiyi bildirilib. 

Diplomat öz "Telegram" kanalında yazıb: "NATO rusiyalı jurnalistləri təqib edir. Biz cavab tədbirləri görəcəyik".

Ağarza Elçinoğlu