Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xaricilərə rus silahlarına sərmayə yatırdıqları üçün təşəkkür edib. 

"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.

Medvedevin sözlərinə görə, "Danimarka pivə istehsalçıları" biznesdəki paylarının Rusiya Federasiyasına köçürülməsindən narahat olublar. Medvedev hesab edir ki, onlar ən azı öz aktivlərini sərfəli şəkildə satmağı gözləyirdilər.

“İndi Rusiya üçün işləyən, onun büdcəsini dolduran investisiyalara görə təşəkkür edirəm. Güclü büdcə cəbhəyə kömək deməkdir. Bu baxımdan mənasız danimarkalılar da müasir rus silahlarına öz töhfələrini verirlər”, - deyə Medvedev yekunlaşdırıb.