Krım körpüsü yenidən hücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Körpünün üzərində qatı tüstü görüntülənib. Görüntüdəki hadisə şahidi deyir ki, onların gəmisi hava hücumu xəbərdarlığı səbəbindən irəli gedə bilmir.

Bundan əlavə, körpüdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. 

Ərazinin qubernatoru Mixail Razvojayev bildirib ki, tüstülər standart kamuflyaj vasitələrindən istifadə ilə bağlıdır. 

Ağarza Elçinoğlu